Kim Çen In fabrik açılışında

Kim Çen In fabrik açılışında

Dünya mediasında ölüm xəbəri verilən Şimali Koreya lideri Kim Çen In ölkənin paytaxtı Pxenyanda gübrə fabrikinin açılını edərkən görülüb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA son həftələrdə səhhətinin pisləşdiyi və öldüyü barədə şayiələr yayılan Şimali Koreyalı liderin gübrə zavodunu açılışında iştirak edərkən çəkilmiş fotolarını yayımlayıb.

Sözügedən fotolardan Kim Çen Inın fabrikin açılışında lent kəsdiyini və kiçik bacısı Kim Yo-Jong və Şimali Koreyanın yüksək səviyyəli rəhbərləri tərəfindən müşayiət olunduğu göstərilir.

KNCA şəkillərdə olduqca şən olduğu görülən Şimali Koreya lideri ilə əlaqəli heç bir video göstərməyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə