İranın cənubunda güclü zəlzələ baş verib

İranın cənubunda güclü zəlzələ baş verib

İranın cənubunda Kirman əyalətinin Faryab bölgəsində - 5 bal gücündə zəlzələ baş verib.

SİA-nın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 142 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə