Kim Çen In son 20 gündə ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Kim Çen In son 20 gündə ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In son 20 gündə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilir ki, KXDR lideri Sunçxon gübrə zavodunun açılışında iştirak edib: "Hörmətli ali rəhbər, yoldaş Kim Çen In mərasimdə iştirak edərək tikintinin başa çatmasını bildirən lenti kəsib".

Bütün xəbərlər Facebook səhifəmizdə