ABŞ Prezidenti Barak Obama güclü qasırğaların tüğyan etdiyi və daşqınların baş verdiyi Şimali Karolina ştatını təbii fəlakət zonası elan edib. SİA-nın xəbərinə görə, Ağ ev rəhbərinin qərarı ştata federal yardım almaq və təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında ABŞ milli qvardiyası qüvvələrindən istifadə etmək imkanı verir.
Qeyd edək ki, ötən həftə ABŞ-ın cənub ştatlarında güclü qasırğalar və fırtınalar baş vermişdir. Təbii fəlakət 45 nəfərin həyatına son qoymuşdur. Həlak olanların yarısı Şimali Karolina ştatının sakinləridir.
ABŞ Milli hava xidmətinin mütəxəssisləri yeni qasırğa cəbhəsinin yaxınlaşdığını bildiriblər. Alabama, Oklahoma, Arkanzas, İllinoys və Missuri ştatlarında qasırğa təhlükəsi barədə xəbərdarlıq edilib.
ABŞ-ın cənub-şərqi rayonlarında isə güclü küləklər əsir, yağış ara vermir. Texas Ştatının 3,5 min kvadratkilometr ərazisini güclü təbii yanğınlar bürüyüb. Yanğınlarla mübarizəyə 1,5 mindən çox adam cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB