“Moldova taxıl ixracını tamamilə qadağan edə bilər” İqor Dodon

“Moldova taxıl ixracını tamamilə qadağan edə bilər” İqor Dodon

Yaxın gələcəkdə güclü quraqlıq səbəbiylə, taxıl ixracına tamamilə qadağa qoyulması ilə bağlı qərar verilə bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Moldova prezidenti İqor Dodon deyib.

"Ümid edirəm ki, yaxın vaxtlarda əksər ölkələrdə olduğu kimi taxıl ixracına qadağa qoyulması ilə bağlı rəsmi qərar veriləcək. İxrac qismən dayandırılıb və tamamilə dayandırılacaq ki, ölkədə olan taxıl burada qalsın, çünki bu il quraqlıq olduğuna görə məhsul az olacaq", deyə Dodon özünün Facebook səhifəsində yerləşdirdiyi video mesajında bildirib.

Prezidentin sözlərinə görə, uzun müddətdir respublikada belə güclü quraqlıq olmamışdır və buna görə kənd təsərrüfatına əlavə dəstək mənbələri tapmaq istəyi ilə hökumətə müraciət edilib. Bundan əlavə, Dodon siyasətçiləri “Yerli məhsullar alın!” Kampaniyasına dəvət edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə