İşləmək arzusunda olanlar üçün dua edib Roma Papası

İşləmək arzusunda olanlar üçün dua edib Roma Papası

Papa Francis bütün işçilərin bir iş tapması üçün dua edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, mayın 1-də Roma Katolik Kilsəsi bütün işgüzar insanların himayədarı olan Müqəddəs İosifin İşçi gününü qeyd edir və dua da orada edilib.

"Bu gün Müqəddəs İosifin zəhmətkeşlər günü və işgüzar insanlar günüdür. Bütün işçilər üçün dua edəcəyik. Hər kəsin bir işi olması, hər kəsin ədalətli maaş alması, həmçinin hər kəsin ləyaqəti və istirahətdən ləzzət alması üçün dua edilib", deyə bildirilir.

Xatırladaq ki, bütün işgüzar insanların himayədarı olaraq Müqəddəs İosifin İşçi bayramı Papa Pius XII tərəfindən 1955-ci ildə təsis edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə