Kolumbiyanın şimalında yerləşən məmləkəti Barranquillanın sakinləri üçün müğənni Şakira tərəfindən tibbi maskalar və respiratorlar hədiyyə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərinin meri Hayme Pumareho açıqlayıb.
Pumareho açıqlamaasında müğənniyə minnətdarlıq ifadə edib. "Həyatımızı qoruyan tibb işçilərimizə və ehtiyacı olan minlərlə insane respiratorlar və maskalar bağışladığınız üçün çox təşəkkür edirəm", deyə şəhərin meri bildirib.
Öz növbəsində Şakira da, kömək etməsinə və payladıqlarına minnətdarlığına görə Twitterdə şəhər merinə təşəkkür edib.
Xatırladaq ki, martın 17-dən bəri Kolumbiyada prezident İvan Duke tərəfindən koronavirus pandemiyası səbəbiylə fövqəladə vəziyyət elan edilib. Martın 6-da ölkədə koronavirus infeksiyasının ilk halı qeydə alınıb və 30 aprel tarixinə Kolumbiyada yoluxanların ümumi sayı 6507 nəfərdir ki, bunlardan da 293 nəfər ölüb, 1439 nəfər sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB