Azərbaycanın öhdəlikləri yerinə yetirməyə başladı Rusiya mətbuatı yazır
Azərbaycan OPEC + öhdəlikləri çərçivəsində neft hasilatını azaltmağa başlayır. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RenTv saytı məlumat yayıb.
Məlumata görə "İnterfaks-Azərbaycan" ölkənin Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zamin Əliyevə istinadən xəbər verib.
Qeyd olunur ki, Azərbaycan razılaşma üzrə öhdəliklərə mayın 1-dən başlayır.
"Neft hasilatının azaldılması üçün kvotalar ARDNŞ-nin neft və qaz hasil edən idarələri ilə hasilatın pay bölgüsü sazişləri və oxşar neft müqavilələri çərçivəsində fəaliyyət göstərən neft istehsalçıları arasında mütənasib şəkildə bölüşdürülür", deyə mətbuat xidmətinin rəhbərinin sözləri stat olaraq bildirilir.
Xatırladılır ki, OPEC + ölkələrinin əksəriyyəti neft hasilatını azaltmaq barədə razılığa gəlmişlər. Daha əvvəl Qazaxıstanın ölkənin orta və böyük yataqlarında neft hasilatını məhdudlaşdırmaq niyyətində olduğu da bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB