Rusiyada virus antigenlərini aşkar etmək üçün test hazırlanıb

Rusiyada virus antigenlərini aşkar etmək üçün test hazırlanıb

Rusiya tərəfindən koronavirusun antigenlərini aşkar etmək üçün test hazırlanıb. SİA xəbər verir ki, test Rusiya dövləti tərəfindən artıq qeydə alınıb.

Rusiya Tibbi-Bioloji Fedaral Agentliyi daha da inkişaf etdirilmiş test sistemininin dövlət tərəfindən təsdiq edildiyini açıqlayıb. Həftədə 100 minə yaxın belə test sisteminin istehsalı planlaşdırılıb.

Qeyd edək ki, son 24 saat ərzində Rusiyada 7 933 yeni yoluxma faktı qeydə alınıb. Ümumi yoluxma faktı isə 114 431 nəfərə çatıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə