Nyu Yorkdakı cənazə evində yer qalmadı - Yük maşınlarına qoyulmuş ölülərin qoxusu məhəlləni bürüdü
ABŞ-ın Nyu York şəhərində bir cənazı evinin yük maşınlarına qoyduğu 50 cəsəddən iy gəlməsilə məhəllə sakinləri polis çağırıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Bruklin məhəlləsində yerləşən Andrew T. Cleckley Cənazə Evini koronavirus səbəbilə ölənlərin həddən artıq doldurulduğu üçün cəsədləri kirayəyə götürdüyü dörd yük maşınına qoyub. Soyutma sistemi olmayan yük maşınındakı 50 cəsədin iyindən narahat olan sakinlər səlahiyyətlilərdən kömək üçün 911-ə zəng edib.
Hadisə yerinə gələn polis, cənazə evi tərəfindən icarəyə götürülmüş yük maşınlarında soyutma sisteminin olmadığını müəyyən edib. Cənazə evinə daha böyük soyutma sistemi olan yük maşınlarını icarəyə götürmək barədə xəbərdarlıq edilib.
Səllahiyyətlilər qoxusu ətrafa yayılan cəsədləri lazımı sistemlə təchiz edilmiş yük maşınlarına yüklədilər. Andrew T. Cleckley Cənazə Evi mövzu ilə bağlı açıqlama verməyib. New York polisi istintaqın davam etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB