Dünya bazarında "Brent" markalı neftin qiyməti yüksəlib

Dünya bazarında "Brent" markalı neftin qiyməti yüksəlib

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

SİA-nın məlumatına görə, bunu hərracların nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 04:15-ə olan duruma görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 4,15% artaraq bir barel üçün 27,58 ABŞ dollarına çatıb.

WTI markalı yüngül neftin iyul fyuçerslərinin qiyməti isə 6,16% artaraq bir barelə görə 20 ABŞ dolları təşkil edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə