Koronavirusdan ölüm sayı 33-ə yüksəlib - Ermənistanda

Koronavirusdan ölüm sayı 33-ə yüksəlib - Ermənistanda

Ermənistanda daha 82 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb. SİA bunu ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yaydığı məlumata istinadən xəbər verir.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 148-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 33 nəfər ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə