Özbəkistanda koronavirusa yoluxanların sayı 2 046-ya çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 046-ya çatıb

Özbəkistanda daha 7 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma faktlarının sayı 2 min 46-ya çatıb. Mərkəzi Asiya ölkəsində virusdan 1 133 nəfəri sağalsa da, 9 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 308 000-i ötüb. Bunların 1 042 981 nəfəri sağalıb, 234 123 nəfəri isə ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə