Cənubi Koreyada 10 774 təsdiqlənmiş yoluxma halına rast gəlinib

Cənubi Koreyada 10 774 təsdiqlənmiş yoluxma halına rast gəlinib

Son sutka ərzində Cənubi Koreyada 9 nəfərdə yeni növ koronavirus infeksiyasına yoluxma qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə nəzarət və profilaktikası Mərkəzi məlumat yayıb.

Ümumilikdə ölkə ərazisində 10 774 təsdiqlənmiş yoluxma halına rast gəlinib. Bununla yanaşı, 9072 xəstə sağalıb.

Cənubi Koreyada indiyədək 248 nəfər virusdan ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə