"COVID-19-un ikinci dalğası qaçılmazdır" ÜST nümayəndəsi

"COVID-19-un ikinci dalğası qaçılmazdır" ÜST nümayəndəsi

Ümümdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç koronavirus pandemiyasının ikinci dalğasının qaçılmaz olduğunu açıqlayıb. SİA-nın xəbərinə görə, ÜST nümayəndəsi insanların çoxunun buna qarşı toxunulmazlığı olmadığını bildirib.

“Bu tamamilə yeni virusdur. Əhalinin çox kiçik təbəqəsi bu virusa qarşı immunitetlidir”, - deyə, Melita Vyunoviç qeyd edib.

Onun sözlərinə görə, koronavirusa qarşı xüsusi profilaktika, peyvənd hazırlanmayana qədər virusun ikinci dalğasının qarşısnı ala biləcəyimizıə bağlı danışa bilmərik.

ÜST nümayəndəsi qeyd edib ki, pandemiyanın ikinci dalğası zamanı infeksiyanın yayılmasının qarşısını almaq üçün birinci dalğanın təcrübəsindən istifadə etmək lazımdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə