"BMT-nin İrana qarşı silah embarqosunu uzatmaq olmaz" Sergey Ryabkov

"BMT-nin İrana qarşı silah embarqosunu uzatmaq olmaz" Sergey Ryabkov

İrana qarşı BMT-nin silah embarqosunun vaxtının uzadılması mümkün deyil. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Naziri Sergey Ryabkov RİA Novostiyə verdiyi açıqlamasında deyib.

Xatırladaq ki, bu yaxınlarda ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun İrana silah tədarükünə qoyulmuş embarqonu uzatmaq üçün hər şeyi edəcəyini söyləyib.

"İran İslam Respublikasına silah və hərbi texnikanın tədarükü üçün hazırkı xüsusi rejimin uzadılması, eləcə də İrandan silah tədarükü ilə əlaqədar olaraq, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi qəbul edilən zaman bizim üçün məsələ həll edilib. Beş illik müddətdən sonra, 2020-ci ilin oktyabrında bu xüsusi rejimin vaxtı bitir. Bu qərardan heç bir sapma ola bilməz", deyə Ryabkov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə