Koronavirusa yoluxanların sayı 100 mini ötüb - RUSİYADA

Koronavirusa yoluxanların sayı 100 mini ötüb - RUSİYADA

Rusiyada son bir gündə 7 099 nəfərə koronavirus diaqnozu qoyulub. SİA-nın məlumatına görə, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 106 498 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 101 nəfər artaraq 1 073-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 11 619 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 093.

Qeyd edək ki, Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə