ABŞ prezidenti Donald Tramp Pekin administrasiyasının koronavirusun yayılmasına münasibətini tənqid edərək bildirib ki, Çin noyabrda keçiriləcək seçkilərdə məğlub olmağım üçün əlindən gələni edəcək. Onun hərəkətləri buna əyani sübutdur. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Tramp ABŞ-dakı iqtisadi böhranın seçkini təhlükə altına alacağını iddia edərək, koronavirus böhranının yeganə səbəbkarı kimi Çini hədəf alıb.
"Reuters" xəbər agentliyinə danışan ABŞ prezidenti, Çinin gələcəkdə koronavirusla bağlı dünyaya daha çox məlumat verəcəyinə inandığını bildirib: “Mən Pekin administrasiyasına müxtəlif yollarla cavab verə bilərəm. Hazırda prosesi qiymətləndiririk".
Çinin noyabrda ayında ABŞ-da keçiriləcək seçkilərdə qalib gəlməməsi üçün əlindən gələni edəcəyini ifadə edərək Tramp "Pekin Demokrat namizədi Co Baydenin seçilməsini istəyir. Çin ticarətdə etdiyim təzyiqləri azaltmaq üçün əllərindən gələni edəcək. Özlərini günahsız görünmək üçün daim ictimaiyyətlə əlaqələr seçimindən istifadə edirlər", deyib.
Çinin ABŞ ilə ticarət razılaşması əldə etmək istədiyini deyən Tramp "Daha çox pul ödəmək üçün razılığa gəldilər. Əvvəlkindən daha çox pul ödəyirlər. ABŞ Covid-19 epidemiyasından əvvəl çox yaxşı gedirdi. İqtisadiyyatımız tarixin ən yaxşısı idi", deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB