FTX əməkdaşları anti-terror əməliyyatı keçirərək 3 yaraqlını məhv ediblər

FTX əməkdaşları anti-terror əməliyyatı keçirərək 3 yaraqlını məhv ediblər

Rusiyanın Rusiyanın Federal Təhlkəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburqun Çkalovski rayonunda anti-terror əməliyyatı keçirərək planlaşdırılmış terror hadisəsinin qarşısını alıb. Əməliyyat zamanı 3 yaraqlı öldürülüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcədən hazırlanmış terror aktının qarşısı vaxtında alınıb.

Əməliyyat zamanı ərazidə kustar üsulla hazırlanmış partlayıcı qurğular, silah və sursat aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə