Mayın 4-dən etibarən Qazaxıstanda 6 istiqamət üzrə daxili uçuşlar bərpa olunur
Qazaxıstanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi tədricən yumşaldılır. Mayın 4-dən etibarən Nur-Sultan və Almatıdan Qızılorda, Öskemen, Semey və Petropavlovsk şəhərlərinə uçuşlar bərpa olunur.
SİA xəbər verir ki, Qazaxıstan aviaşirkətləri artıq beynəlxalq reyslərə də bilet satışı həyata keçirirlər.
Uçuşdan əvvəl bütün sərnişinlər üçün COVID-19 testindən arayış almaq lazımdır. Uçuşlar yüksək sanitar təhlükəsizlik tədbirləri şəraitində yerinə yetiriləcəkdir.
Xatırladaq ki, Qazaxıstanda COVID-19 pandemiyası səbəbindən fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar ölkədə bütün növ sərnişin daşımalarına məhdudiyyət qoyulmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB