Fransada karantin rejiminin müddəti uzadılacağı açıqlanıb. SİA xəbər verir ki, Frannsanın Baş naziri Eduard Flipp vəziyyətin pisləşəcəyi təqdirdə 11 mayda tarixində yekunlaşacaq karantinin müddətinin artırılacağını bildirib.
Belə ki, ölkədə karantin müddətinin iyulun 23-nə qədər artırılması müzakirə olunur.
Avropada epidemiyadan ən çox təsirlənən ölkələrdən biri olan Fransada növbəti ərəfədə tətbiq ediləcək "Yol xəritəsi" planı Baş nazir tərəfindən açıqlanıb. Belə ki, araşdırmalara əsasən karantin ölkədə 62 min insanın həyatını xilas edib.
Ölkənin Baş naziri Eduard Flipp bu pandemiyanın uzun müddət davam edəcəyini bildirib və əlavə edib ki, virusla yaşamağı və özümüzü qorumağı öyrənməliyik.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB