Təyyarə istehsalçısı Airbus, bu ilin ilk rübündə 481 milyon avro xalis itki verdiyini açıqlayıb. Nəhəng aviasiya şirkəti ötən ilin bu dövründə 40 milyon avro xalis mənfəətə sahib idi. Avropa şirkəti, koronavirusun yayılması səbəbiylə 2020-ci ilin ilk üç ayında 40 təyyarənin daha az təhvil-təslim etdiyini açıqlayıb. Airbusun ümumi satışları ilin ilk rübündə 15,2 faiz azalaraq 10,6 milyard avro geriləyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Airbus prezidenti Guillaume Faury mətbuata açıqlamasında "Biz ticari və sənaye baxımından il üçün möhkəm bir başlanğıc etdik, ancaq dərhal Covid-19 epidemiyasının təsirini öz hesabımıza gördük" deyib.
Airbus prezidenti Faury: Biz böhranın başlanğıcındayıq
Fauri vəziyyəti "aviasiya sənayesi tarixindəki ən ciddi böhran" kimi xarakterizə etdi. Airbus prezidenti Fauri "Hələ məhdud proqnozlaşdırma baxımından böhranın başlanğıcındayıq" dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB