Bollivud ulduzu İrrfan Xan 54 yaşında vəfat etdi

Bollivud ulduzu İrrfan Xan 54 yaşında vəfat etdi

Hindistanın dünyaca məşhur aktyorlarından olan İrrfan Xan 54 yaşında yoğun bağırsaq infeksiyası səbəbindən dünyasını dəyişib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Bollivudun ulduz aktyorlarından biri olan Xan 10 Oscar mükafatına layiq görülən "Slumdog Millionaire" və "Pi's Life" kimi Hollivud istehsalı filmlərdə də rol alıb. Xan Mira Nair, Wes Anderson və Ang Lee kimi məhşur rejissorlarla işləyib.

Hindistanlı aktyor Mumbayın Kokilaben Dhirubhai Ambani xəstəxanasında müalicə olunurdu.

Xana 2018-ci ildə neyroendokrin xərçəngi diaqnozu qoyulub. Uğurlu aktyor İngiltərəyə gedərək bir müddət xərçəng müalicəsi alıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə