İranda ötən 24 saat ərzində daha 80 nəfər koronavirusdan (COVID-19) ölüb. Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, İranda 19 fevraldan bu günədək (29 aprel) koronavirusdan ölənlərin sayı 5 957 nəfərə yüksəlib.
Nazirlik rəsmisi bildirib ki, ötən sutkada daha 1 073 nəfərin bu virusa yoluxması ilə ümumilikdə İranda koronavirusa yoluxanların sayı 93 657 nəfərə çatıb. Onlardan 2 965 nəfərin vəziyyəti ağırdır.
Cahanpur deyib ki, indiyədək 73 791 nəfər koronavirusdan sağalıb.
İranda bu günədək koronavirus diaqnozu ilə əlaqədar 453 mindən çox test həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB