Dünya ölkələrində COVİD-19-la bağlı son VƏZİYYƏT

Dünya ölkələrində COVİD-19-la bağlı son VƏZİYYƏT

İlk olaraq Çinin Wuhan şəhərində qeydə alınan koronavirus pandemiyası nəticəsində dünyada ölənlərin sayı 218min 13 nəfərə çatıb. Yoluxanların sayı isə 3 milyon 139 min 9-a yüksəlib. SİA koronavirusla bağlı son baş verənləri təqdim edir:

Braziliyada son 24 saat ərzinə 474 nəfər ölüb

Cənubi Amerika Braziliyada son 24 saat ərzində yeni növ koronavirus epidemiyasına görə, 474 nəfər həyatını itirib. Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, COVİD-19 nəticəsində ölənlərin sayı 474 artaraq 5.17, virusa yoluxanların sayı isə 5 min 385 artaraq 71 min 886 nəfərə çatıb.

Ukraynada daha 456 nəfərdə koronavirus aşkarlanıb.

Ukraynada virusa yoluxanların sayı artıb. Ölkənin Səhiyyə Nazirliyi açıqladığı məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı 9 866-ya çatıb. Virusdan ölənlərin sayı daha 11 nəfər artaraq 250 nəfərə yüksəlib, indiyədək 1 103 nəfər koronavirusdan sağalıb.

Gürcüstanda 6 yeni yoluxma halı təsdiqlənib.

Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında ölkədə koronavirusa 6 yeni yoluxma halının təsdiqləndiyi öz əksini tapıb. Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 517-yə çatıb. Onların 168-i sağalıb, 6-sı isə dünyasını dəyişib. Karantində 5 153, stasionar nəzarətdə isə 549 nəfər saxlanılır.

Qırğız Respublikasında daha 21 nəfərdə koronavirus aşkarlanıb

Ölkənin Operativ Qərargahı açıqlayıb ki, Qırğız Respublikasında qeydə alınan yoluxma hallarının sayı 729-a yüksəlib. İndiyədək ölkədə 8 nəfər COVID-19-un qurbanı olub. 437 nəfər isə virusdan sağalaraq xəstəxanadan evə buraxılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə