Suriyada PKK/YPG-nin törətdiyi terror aktında ölənlərin sayı 42-yə çatıb

Suriyada PKK/YPG-nin törətdiyi terror aktında ölənlərin sayı 42-yə çatıb

Suriyanın Afrin şəhərində PKK/YPG-nin törətdiyi terror aktında ölənlərin sayı 42-yə çatıb.

SİA "Demiören" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Afrin valiliyindən yayılan açıqlamada bildirilib.

Məlumatda qeyd olunub ki, üçü uşaq olmaqla 42 Suriya vətəndaşı ölüb, 30-u isə yaralanıb.

Valilikdən verilən məlumatda bildirilib ki, hadisə ilə bağlı kamera görüntüləri izlənilib, partlayıcı quraşdırılmış dizel dolu maşını hadisə yerinə gətirən şübhəli şəxslər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə