Almaniya kansleri Angela Merkel pandemiyada sanksiyaların qaldırılmasının mümkünlüyünü şərh edərək bunun yalnız arxasında duran siyasi problemlərin həlli ilə mümkün olduğunu qeyd edib. SIA xəbər verir ki, bu fikirləri Merkel Sankt-Peterburqda İqlim Dialoqu zamanı sualları cavablandırarkən ifadə edib.
"Əlbəttə, hamımız yaxşı iqtisadi inkişaf istəyirik. Əlbəttə ki, sanksiyalar narazılığın yaranmasına səbəb ola bilər. Ukrayna ilə əlaqəli sanksiyalar barədə düşünəndə bunun arxasında duran siyasi problemləri həll etmək üçün çalışılmalıdır", deyə Almaniya kansleri bildirib.
"Mən yalnız müstəsna vəziyyətdə hər kəsi çağıra bilərəm. Bu, bir daha bizə göstərdi ki, ciddi beynəlxalq problemlərimiz var. İllərlə müşayiət olunan münaqişələri həll etmək lazımdır və o zaman sanksiyalar olmayacaqdır", deyə Angela Merkel fikrini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB