"Ölkə tarixində heç vaxt belə bir vəziyyət görünməyib" Eduar Filipp

"Ölkə tarixində heç vaxt belə bir vəziyyət görünməyib" Eduar Filipp

Fransadakı koronavirusla bağlı vəziyyət ölkə üçün görünməyib və müharibə dövründə də belə olmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Fransanın Baş naziri Eduar Filipp çərşənbə axşamı ölkənin Milli Məclisində çıxış edərkən söyləyib.

"Ölkəmizin tarixində heç vaxt belə bir vəziyyət görünməyib. Nə müharibələr, nə işğal, nə də əvvəlki epidemiyalar dövründə də hətta", deyə hökumət başçısı karantindən çıxmaq üçün bir plan təqdim edərkən bildirib.
O, ölkə hakimiyyətinin hərəkəti məhdudlaşdırmaq üçün tətbiq etdiyi tədbirlərin təsirli olduğunu vurğulayıb.
"Aprelin 14-dən bu yana aşkar olunan koronavirus hallarının sayı azalmaqdadır", deyə baş nazir qeyd edib
Xatırladaq ki, Fransada insanların hərəkətinə sərt məhdudiyyətlər martın 17-dən etibarən qüvvədədir və mayın 11-dən etibarən yüngülləşdiriləcəyi gözlənilir. Ölkədə kafe, restoran, kinoteatr, muzey, park, qeyri-ərzaq mağazaları, təhsil müəssisələri bağlanıb. Son məlumatlara görə, ölkədə 128 mindən çox koronavirus hadisəsi aşkarlanıb və bu xəstəlikdən 23,2 mindən çox insan ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə