Çavuşoğlu Lavrovla İdlib və koronavirusu müzakirə edib

Çavuşoğlu Lavrovla İdlib və koronavirusu müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov, türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə telefon danışığı edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat yayılır.

Sözügedən saytda bir şərhdə deyilir ki, diplomatlar İdlibdəki vəziyyəti tənzimləmək üçün razılaşmaların həyata keçirilməsini və koronavirusun yayılmasına qarşı səylərin koordinasiyasını müzakirə ediblər.
Söhbət əsnasında Lavrov və Çavuşoğlu Rusiya və Türkiyə vətəndaşlarının vətənlərinə qayıtması məsələsində qurulmuş koordinasiyanı xüsusilə qeyd ediblər.
Həmçinin söhbət zamanı ikitərəfli Rusiya-Türkiyə münasibətlərinin və beynəlxalq təşkilatlar çərçivəsində Moskva ilə Ankaranın qarşılıqlı fəaliyyətinin aktual məsələlərinə toxunulub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə