İngiltərənin Baş naziri Boris Conson və Səhiyyə naziri Mat Hankoka qoruyucu vasitələrin yetərsizliyi ilə xəbərdarlıq edən həkim koronavirusdan vəfat edib. SİA xəbər verir ki, İngiltərənin paytaxtı Londonun şərqində Homerton xəstəxanasının məsləhətçi uroloqu, 53 yaşlı Əbdül Mabud Çovdurinin 18 yaşındakı oğlu İntizar Çovduri Baş nazir və Səhiyyə nazirinə bununla bağlı müraciət edib.
Belə ki, koronavirusdan həyatını itirən həkim 18 mart tarixində Boris Consona məktub ünvanlamış və məktubda bildirmişdir: "İş fəaliyyətimizlə bağlı insanlardan təşəkkürlər dolu mesajlar alırıq. Lakin, özümüzü və yaxınlarımızı xüsusi qoruyucu vasitələrlə qorumalıyıq". Əlavə olaraq, uroloq qoruyucu vasitələrin yetərsiz olduğunu da dilə gətirmişdir.
Həkimin 18 yaşındakı oğlu isə canlı yayında Baş nazir Boris Conson və Səhiyyə naziri Mat Hankoka müraciət edərək onları atasının qayğılarını kifayət qədər ciddi qəbul etməməklə günahlandırıb: "Atamın qayğılarını ciddi qəbul etmədiyiniz üçün heç peşmansınız?".
Qeyd edək ki, epidemiya prosesində fəaliyyət göstərməkdə çətinlik çəkdiyini bildirən Əbdül Mabud Çovduri fərdi qoruyucu vasitələrin olmaması ilə əlaqədar məmurlara, xüsusilə də Baş nazir Boris Jonson və Səhiyyə naziri Mat Hankoka dəfələrlə xəbərdarlıq edib. Həkimin ölümü yenidən bu məsələni gündəmə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB