Dünyanın ən varlı insanlarından biri olan Bill Geyts CNN-də Fareed Zakarianın GPS proqramında koronavirusla bağlı açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Geyts öz açıqlamasında bildirib ki, hər şey mükəmməl davam edərsə, bir ildən sonra kütləvi peyvənd istehsalına başlaya bilərik. Lakin bu iki il də çəkə bilər.
O vurğulayıb ki, hazırda 100-dən artıq aşkarlanan vaksin üzərində çalışmalar davam etdirilir. İçlərində ən perspektivlisini seçib mənbələri köçürmək lazımdır. Eyni zamanda istehsal gücümüzü də artırmalıyıq.
Bill Geyts dekabr ayına qədər peyvəndin tapıla biləcəyi iddialarını təkzib edib.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB