Bütün kommersiya təyyarə bilet satışları dayandırıldı - Argentinada 4 aylıq uçuş qadağası

Bütün kommersiya təyyarə bilet satışları dayandırıldı - Argentinada 4 aylıq uçuş qadağası

Argentina Covid-19 epidemiyası ilə əlaqədar bütün kommersiya tipli uçuşlara aviabilet satışlarını sentyabrın 1-dək dayandırdığını açıqlayıb. Ölkədə fəaliyyət göstərən hava yolları şirkətləri bu qərarın itkilərə səbəb olacağını deyiblər. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Argentina Mülki Aviasiya İdarəsinin qərarı ilə mart ayında daxili və beynəlxalq reyslər dayandırılıb. Yeni fərmanla kommersiya uçuşlarına qadağa sentyabrın 1-dək uzadılıb.

Argentina Prezidentinin mətbuat katibi Alberto Fernandez qərarın aviaşirkətlərin ölkə ərazisində səyahət etmək icazəsi olmadan bilet satdıqları ilə əlaqəli olduğunu söyləyib.

Cənubi Amerikanın bir çox ölkəsində uçuş qadağalarının nə vaxt bitəcəyi bilinməsə də, bu ölkələr Argentina qədər dəqiq bir qərar verməyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə