Koronavirus tədbirlərinə etiraz edən qrup lideri Covid-19-a yoluxub
ABŞ-ın Şimali Karolina ştatında koronavirusa görə tətbiq edilən komendant saatına və sosial təcrid qərarlarına etiraz edən ictimai liderin Covid-19 testi müsbət olub. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Yerli televiziya kanalı WNCN-in verdiyi məlumata görə, Audrey Uitlok məcburi ev təcridinin əslində konstitusiyaya və insan haqlarına zidd olduğunu iddia edirdi.
Qeyd edilir ki, Audrey Uitlokun tərəfdarlarının da daxil olduğu 70 minlik "Barışıq Fəaliyyəti" adlı qrup aprelin əvvəlində əyalətdə Covid-19 tədbirlərinə qarşı geniş etiraz nümayişləri təşkil edib. Halbuki, aprelin 27-nə qədər bu ştatda 9 014 koronavirus xəstəsi aşkarlanıb ki, onlardan da 306 nəfəri ölüb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB