Ermənistanda koronavirusa yoluxanların sayı 1 867 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 1 867 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 1 867 nəfərə çatıb. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 59 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, sutka ərzində 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 30 nəfər koronavirusun qurbanı olub, 971 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə