Son 24 saat ərzində dünyada yeni növ koronavirus qurbanlarının sayı 5 minə yaxın artaraq 198 mini ötüb. SİA-nın Ümümdünya Səhiyyə Təşkilatının açıqkadığı rəqəmlərə istinadən verdiyi xəbərə görə, son gün ərzində dünyada virusa yoluxanların sayı 85 min 530, ölənlərin sayı isə 4982 nəfər olub.
Dünya üzrə ən çox yoluxma halı Avropada qeydə alınıb. Regionda 1 milyon 359 min 380 nəfər virusa yoluxub, 124 min 525 nəfər isə dünyasını dəyişib. Ən ağır vəziyyət İspaniya, İtaliya və Fransadadır. Yoluxanların sayına görə isə liderliyi ABŞ edir.
Virusun yayıldığı Çin epidemiyanın sona çatdığını elan edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB