Misirdə üç aylıq fövqəladə vəziyyət elan edilib

Misirdə üç aylıq fövqəladə vəziyyət elan edilib

Misir prezidenti Əbdülfəttah əs-Sisi, bu gecə başlayaraq, ölkə daxilində 3 aylıq fövqəladə vəziyyət elan edib. Qərarın səbəbi olaraq ölkənin sağlamlıq və təhlükəsizlik sahəsində təhlükəli vəziyyəti göstərilib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Rəsmi Qəzetdəki fərmana əsasən, 28 aprel saat 01:00-dan başlayaraq Misirdə fövqəladə vəziyyət rejimi 3 ay müddətində tətbiq ediləcək.

Fövqəladə vəziyyət şəraitində silahlı qüvvələrə və polis qüvvələrinə terror təhlükəsi ilə mübarizə, ölkədə təhlükəsizliyin təmin edilməsi, ictimai və şəxsi mülklərin qorunması və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görmək tapşırılıb.

Baş nazirin 162 saylı təcili qanuna əsasən prezidentə verilən səlahiyyətlərlə təmin olunduğu da qeyd edilib.

Rəyasət Heyətinin qəbul etdiyi qərarlara əməl etməyənlər həbs cəzasına məhkum ediləcəklər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə