Baş nazir parlamenti "əhalinin özünü təcridetmə rejimindən çıxması planı" ilə tanış edəcək

Baş nazir parlamenti "əhalinin özünü təcridetmə rejimindən çıxması planı" ilə tanış edəcək

Fransanın Baş naziri Eduar Filippe aprelin 28-i Milli Məclisi (parlamentin aşağı palatası) koronavirusun yayılması ilə əlaqədar 17 Martda təqdim olunan əhalinin özünü təcridetmə rejimindən çıxması planı ilə tanış edəcək.

SİA xəbər verir ki, hələ də davam edən karantin səbəbindən müzakirələrdə 577 deputatdan 75-dən çoxunun iştirak edə bilməyəcəyi gözlənilir.

Yol xəritəsinin əsas parametrləri məlumdur: hakimiyyət orqanları bir sıra xüsusi tədbirləri mayın 11-dək - milli karantinin 55-ci günü - lakin mühüm şərtlərlə ləğv etməyi planlaşdırır. Belə ki, həmin gün rəsmi olaraq başlayacaq məktəb dərslərinin bərpası növbəti həftələrdə bir neçə mərhələdə həyata keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə