Livan ordusu Tripolidəki iğtişaşları yatırıb - yaralılar var

Livan ordusu Tripolidəki iğtişaşları yatırıb - yaralılar var

Livan ordusunun hərbi qulluqçuları Tripoli şəhərində iğtişaşları dayandırmaq üçün havaya xəbərdarlıq atəşləri endirib.

SİA xəbər verir ki, bir sıra yerlərdə əsgərlər və etirazçılar arasında toqquşmalar baş verib. Ən az doqquz nəfər yaralanıb, hərbçilər arasında yaralılar da var.

Şəhər mərkəzindəki bank ofislərinə hücum edilib, təcavüzkar gənc dəstə bankomatların pəncərələrini sındırıb və zədələyib. Otaqların birində yanğın baş verib.

Etirazların yeni dalğasına milli valyutanın (Livan funtunun) iki dəfədən çox dəyərdən düşməsi səbəb olub. Valyatunanın dəyərdən düşməsi qiymətlərin 60 faiz qalxmasına gətirib çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə