İspaniya hüquq-mühafizə orqanları 4 ton kokain ələ keçirib

İspaniya hüquq-mühafizə orqanları 4 ton kokain ələ keçirib

İspaniya hüquq-mühafizə orqanları narkotik ticarəti ilə mübarizə çərçivəsində keçirilən əməliyyat zamanı dörd ton kokain ələ keçirib.

SİA xəbər verir ki, bu barədə ölkənin milli polisi bildirib.

Məlumata əsasən, narkotik partiyası Toqo bayrağı altında İspaniya Muxtar Birliyi Qalisia sahillərinə gedən gəmidə olub. Gəmi beynəlxalq sularda tutulub.

Əməliyyat nəticəsində 15 ekipaj üzvü də daxil olmaqla 28 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə