Makron və Tramp müzakirələr aparıblar

Makron və Tramp müzakirələr aparıblar

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kütləvi islahatla üz-üzədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu cür kəskin tədbirlər ABŞ və Fransa prezidentləri arasında telefonla müzakirə edilib.

Donald Tramp və Emmanuel Macron hesab edir ki, ÜST indiki formada müasir çağırışlara cavab vermir. Ancaq bunun dəqiq olaraq nə dərəcədə dəyişdirilməsi lazım olduğu hələlik müəyyənləşdirilməyib.

Təşkilat, koronavirusun kütləvi yayılmasından dərhal sonra ABŞ-ın hücumuna məruz qalıb. Tramp onu çoxsaylı səhvlərdə və məlumatları gizlətməkdə günahlandırıb, bundan sonra sadəcə maliyyələşməni bloklayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə