Xəz üçün yetişdirilən su samurunda Covid-19 aşkarlanıb

Xəz üçün yetişdirilən su samurunda Covid-19 aşkarlanıb

Hollandiyada heyvanlarda koronavirus aşkar edildikdən sonra iki su samuru ferması karantinə alınıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Hər iki təsərrüfatda təqribən 20 min su samuru xəzinə görə saxlanılır. Su samuru kürk ən çox Çin, Koreya, Yunanıstan və Türkiyədə rəğbət görür.

Hollandiya Kənd Təsərrüfatı nazirliyi su samurlarının nəfəs darlığı olmaqla yanaşı bir sıra simptomları göstərməsi və normaldan daha çox ölümün reallaşması ilə iki fermada koronavirus testi edildiyini və testlərin pozitiv çıxdığı bildirilib. Əvvəl də fermalarda işləyən iki şəxsdə koronavirus aşkar edilib.

Ölkədəki xəz sektorunun mərkəzi olan bölgə, Covid-19 epidemiyasının da ən çox yayıldığı yer olaraq bilinir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə