İngiltərənin İraqın işğalında önəmli rol almasından bir il əvvəl ölkə nazirləri və dünyanın ən böyük neft şirkətlərinin nümayəndələrinin bir araya gələrək İraq neftini necə istismar edəcəkləri ilə bağlı danışdıqları ortaya çıxıb. Sözügedən toplantılar İngiltərə hökumətinə aid sənədlərdə də əksini tapıb.
SİA-nın məlumatına görə, İngiltərənin "Independent" qəzeti tərəfindən ortaya çıxarılan və dünən ilk dəfə nəşr olunan sənədlər "İngiltərə İraq müharibəsinə niyə girdi?" sualını yenidən gündəmə gətirib. Həmin dövrün İngiltərə baş naziri Toni Bleyrin İraq müharibəsinə girmək istəyi Nazirlər Kabinetini iki hissəyə bölmüşdü. Ancaq baş nazir kabinet üzvlərini İraqın kütləvi qırğın silahlarına sahib olmasına inandıra bilmiş və yalnız bundan sonra müharibədə ABŞ-ın yanında olması ilə bağlı qərar verilmişdi. Qəzetin ortaya çıxardığı sənədlər iri neft şirkətlərin nazirlərlə etdikləri toplantılar və əldə olunan sövdələşmələri açıqca ortaya qoyur. Ancaq bunlar o dövrdə həm nazirlər, həm də şirkətlər tərəfindən ictimaiyyətdən gizlədilmişdi.
Bununla belə həmin toplantılarla bağlı müəyyən informasiyalar ictimaiyyətə sızmışdı. Ancaq İngiltərənin İraq müharibəsinə girməmişdən qısa bir müddət əvvəl, 2003-cü il mart ayında "Shell" şirkəti İngilis hökuməti ilə danışıqlar apardığını təkzib etmiş və iddiaların "tamamilə əsassız" olduğunu bildirmişdi. BP də İraqda "strateji mənfəəti olduğu" iddialarıni yaxına belə buraxmamışdı. Tony Bleyr isə "neft nəzəriyyələri" adlandırılan bu iddiaların "axmaq" olduğunu söyləmişdi. Ortaya çıxan sənədlərin İngiltərənin İraq müharibəsində iştirakı ilə bağlı icra edilən istintaq- dəlil olaraq təqdim edilmədiyi də bildirilir.
Sözügedən sənədlərə görə müharibədən bir il əvvəl oktyabr və noyabr ayında reallaşdırılan toplantılarda isə cədvəl tamamilə fərqli görünür. 2003-cü ilin martındakı işğaldan beş ay əvvəlki dövrün ticarət naziri Baroness Simons BP şirkətinin bir nümayəndəsinə bildirib ki, İraqdakı rejim dəyişikliyi üçün ABŞ-a verdiyi dəstəyin qarşılığında ingilis hökuməti İraqdakı neftdən İngiltərənin neft şirkətlərinə pay verilməsinin lazım olduğunu düşünür. Sənədlərə görə BP İraqdakı neftin bölüşdürülməsi zamanı kənarda qalmaqdan qorxduğunu ticarət nazirinin diqqətinə çatdırıb. Simons isə BP üçün ABŞ-la danışıqlar aparmağı qəbul edir. İraqın işğalından əvvəl Vaşinqtonun bir sıra, xüsusilə Fransa, ABŞ və Rusiya neft şirkətləri ilə görüşdüyü vurğulanır. Ortaya çıxan sənədlərdə bildirilir ki, 2002-ci il oktyabrın 31-də Simons BP, "Shell" və "British Gas" şirkətləri ilə görüşür və burada adıçəkilən şirkətlərin İraq neftindən alacağı pay məsələsi müzakirə edilir. Simons İraqdan neft payı almaq üçün ABŞ-la aparacağı danışıqlar barəsində milad bayramından əvvəl şirkətlərə məlumat vermək öhdəliyi götürür.
2002-ci il noyabrın 6-dakı bir başqa toplantı isə Xarici İşlər Nazirliyinin BP-ni dəvət etməsi ilə baş tutur. Bu toplantıdan isə belə bir qeyd götürülüb: "İraqda böyük miqdarda neft gözlənilir. BP İraqdan neft payı alması ilə bağlı çox ümidsiz və siyasi razılaşmaların onun üçün şanslı olmamasından narahatdır". 2002-ci ilin oktyabrında Xarici İşlər Nazirliyində reallaşdırılan bir başqa toplantıda isə nazirliyin Orta Şərq Dairəsi başçısı Edvard Çaplin belə bir qeydi var: "Shell və BP uzunmüddətli gələcəyi üçün İraqda pay almağı təmin edə bilmədi. Səddam sonrası İraqda ingilis şirkətləri üçün ədalətli bir hissə almaqda qərarlıyıq". İctimaiyyət qarşısında "İraqda strateji mənfəəti olmadığını" açıqlayan BP-nin digər tərəfdən Xarici İşlər Nazirliyinə "İraq uzun müddət gördüklərimizdən daha çox əhəmiyyətlidir" mesajını verdiyi açıqca görünür.
Digər tərəfdən isə BP Fransa şirkəti "Total"a qısqanclıqla yanaşır. BP Vaşinqtonun "Total"ın Səddam rejimi ilə olan razılaşmaların davam etməsinə icazə verməsi təqdirində bu şirkətin dünyanın ən böyük neft şirkəti olacağından narahatlığını ifadə edir. Buna görə görə də İngiltərənin neft nəhəngi ingilis hökumətinə dünyanın ən böyük ikinci neft ehtiyatlarına sahib olan İraqda pay sahibi olmaq üçün "hər cür risk hazır olduğunu" çatdırır.
İraqda işğaldan əvvəl 20 illik müqavilələr imzalanmışdı. Bu razılaşmalar neft tarixinin ən böyük razılaşmaları olaraq tarixə keçib. Razılaşmalar İraq neftinin təxminən yarısını əhatə edirdi. Bu neft isə BP və Çin Milli Neft Şirkəti kimi şirkətlər tərəfindən alınmışdı. Hal-hazırda yalnız BP və Çin Milli Neft Şirkətiin qurduqları konsorsium İraqın cənubundakı Rumeyla neft bölgəsində illik 658 milyon dollar gəlir əldə edir. İraq keçən həftə neftin hasilat səviyyəsini son 10 ilin ən yüksək səviyyəsinə, gündəlik 2,7 milyon barelə yüksəltmişdi. ABŞ-ın İraq işğalının arxasında neft olduğu dəfələrlə deyilsə də Vaşinqton rəhbərliyi məqsədinin "demokratiya gətirmək" olduğunu inadla səsləndirirdi.
Yüzlərlə neft razılaşmaları imzalayan şirkətlərin aldığı paylar isə belədir: BP: 18 milyard barel ehtiyata sahib Ramalya bölgəsinin 38 faizi, "Shell": 8 milyard barrel ehtiyata sahib Kurna bölgəsinin 30 faizi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB