Liviya can, Fransa və İtaliya isə neft hayında...

Liviya can, Fransa və İtaliya isə neft hayında...

Fransa NATO təyyarələrini Liviya lideri Muammar Qəddafinin qüvvələrinə istiqamətləndirəcək xüsusi komanda birlikləri göndərməyi planlaşdırır. İngiltərə isə Liviyanın müxalif güclərinə təlim keçmək üçün hərbi məsləhətçi göndərəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müxalifət ölkə neftinin paylanmasında Fransa və İtaliyaya üstünlük veriləcəyi sözünü verib.

 

Fransa prezidenti Nikola Sarkozi bu gün Liviya müxalifətinin lideri Mustafa Abdülcəlil ilə bu məsələləri müzakirə edəcək. Abdülcəlil Parisə getməmişdən əvvəl "Yeni Liviya Fransa, İtaliya və Qətəri beynəlxalq əlaqələrin üstündə tutacaq" açıqlaması verərək neft kartını ortaya qoyub. Pomada Liviya müxalifətinin lideri ilə görüşən İtaliyanın xarici işlər naziri Franko Frattini müxalifətin qurduğu Müvəqqəti Milli Şuranı Fransa və Qətərdən sonra tanıyan 3-cü ölkə olduqlarını vurğulayıb və digər ölkələri də bu addımı atmağa dəvət edib. O, daha sonra neft mövzusuna toxunaraq may ayının əvvəlində Romada müxalifətin nəzarət etdiyi Şərq Liviyadan neftin alınacağı ilə bağlı qərar verəcəklərini bildirib.

 

Qeyd edək ki, Liviya müxalifəti ilk neft satışını bir müddət əvvəl Qətər vasitəsilə reallaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə