Rusiya COVİD-19-a yoluxmada Çini keçdi

Rusiya COVİD-19-a yoluxmada Çini keçdi

Rusiyada son bir gündə 6 198 nəfərə koronavirus diaqnozu qoyulub. SİA-nın məlumatına gör, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada yoluxanların sayı 87 147 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 50 nəfər artaraq 794-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 7 346 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 871.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 996 000-i ötüb. Bunların 881 903 nəfəri sağalıb, 207 024 nəfəri isə ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə