Ermənistanda koronavirusa yoluxanların sayı 1 800 nəfəri keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 1 800 nəfəri keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 1 808 nəfərə çatıb. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 62 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, sutka ərzində 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 29 nəfər koronavirusun qurbanı olub, 931 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə