Tramp Səhiyyə nazirinin vəzifəsindən azad edilməsi ilə bağlı iddialara münasibət bildirib

Tramp Səhiyyə nazirinin vəzifəsindən azad edilməsi ilə bağlı iddialara münasibət bildirib

ABŞ Prezidenti Donald Tramp Səhiyyə naziri Aleks Azarın vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

SİA “TASS”-a istinadən xəbər verir ki, o, öz "Twitter" səhifəsində bu barədə açıqlama verib.

Tramp həmin məlumatları təkzib edərək “saxta xəbər” adlandırıb: “Aleks işinin öhdəsindən əla gəlir”.

Onun sözlərinə görə, məlumatı yayan KİV nümayəndələri öz oxucularının təsəvvüründə “xaos və iğtişaşlar” yaratmağa çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə