Monteneqro hökuməti çimərlikləri, restoranları və ticarət mərkəzlərini açmağı planlaşdırır

Monteneqro hökuməti çimərlikləri, restoranları və ticarət mərkəzlərini açmağı planlaşdırır

Monteneqro hökuməti mayın ortalarına doğru çimərlikləri, restoranları və ticarət mərkəzlərini açmağı planlaşdırıb.

SİA xəbər verir ki, Qərbi Balkan ölkəsi koronavirus səbəbindən fasilə verdiyi biznes fəaliyyətinə yenidən başlamağı planlaşdırıb. Mayın 4-dən taksilər və digər ictimai nəqliyyat, kiçik mağazalar, muzeylər, stomatoloq kabinetləri və gözəllik salonları işə başlayacaq. Mayın 18-dən isə çimərliklər, restoranlar və ticarət mərkəzləri tam olaraq fəaliyyətə düşəcək.

İndiyədək Monteneqroda 320 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, cəmi 6 nəfər vəfat edib, 153 nəfər sağalıb, digərləri isə evlərində izolyasiyada müalicələrinə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə