Böyük Britaniyada yeni növ koronavirusdan ölənlərin ümumi sayı 20,7 mini ötüb

Böyük Britaniyada yeni növ koronavirusdan ölənlərin ümumi sayı 20,7 mini ötüb

Böyük Britaniyada yeni növ koronavirusdan daha 413 ölüm halı qeydə alınıb.

SİA "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Xidmətindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 20,7 mini ötüb.

Bildirilir ki, ötən sutka ərzində 4 463 nəfərdə yeni növ koronavirus aşkarlanıb, koronavirusa yoluxanların ümumi sayı 152,8 mini ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə