Son sutka ərzində İspaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 288 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ispaniya Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, bununla da ölkədə virusa yoluxuma nəticəsində ölənlərin sayı 23 min 190 nəfərə çatıb.
Sutka ərzində 1729 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Beləliklə, İspaniyada indiyə qədər 207 min 634 nəfər koronavirusa yoluxub, 98 min 732 xəstə sağalıb.
Qeyd edək ki, İspaniya hazırda koronavirusa yoluxma nəticəsində ölənlərin syaına görə dünyada ABŞ və İtaliyadan sonra üçüncü yerdə, koronavirusa yoluxanların sayına görə isə ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB