Rusiyada koronavirusa yoluxanların sayı 80 949 nəfərə çatıb

Rusiyada koronavirusa yoluxanların sayı 80 949 nəfərə çatıb
Rusiyada son sutka ərzində yeni növ koronavirusa daha 6 361 nəfər yoluxub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 80 949 nəfərə çatıb. Bildirilir ki, koronavirusa yoluxma halları ölkənin 85 regionunda qeydə alınıb. Ötən sutka ərzində 517 nəfər, ümumilikdə isə 6 767 nəfər koronavirusdan sağalıb. Qeyd edilir ki, son sutka ərzində koronavirusdan 66 nəfər, ümumilkdə isə 747 nəfər dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə